“LİMİT YOK” film

image

Hər zaman film izləməyi sevirəm və filmlərin mövzusuna çox önəm verirəm. Yəqin ki hər kəs belədir. Mənə filmi rəfiqəm məsləhət gördü və mütləq izləməyim tövsiyyə olundu 🙂
Bir həftə sonunda maraqla izlədik. Bütün filmlərdən fərqli mövzusu ilə insana həqiqətən zövq verən bir filmdir.
Eddie adlı bir gənc – həyat yoldaşından ayrılmış, pulsuz və sıxıcı bir həyata sahibdir. Günlərin bir günü köhnə qohumlarından biri ilə qarşılaşır. Ona yaxında satışa çıxarmaq məqsədilə hazırladığı dərmanı içməyi təklif edir. Elə həmin gün Eddienin həyatı dəyişir. Bu dərmanı içən kimi sən demə insan beyninin 100% -i işləməyə başlayır.

Halbuki beynimizin sadəcə 20 % nin işlədiyini hər kəs bilir. (Qaşıdakı imtahanları vermək üçün belə dərman olsa deyirəm :)) Eddienin uğurları başından aşır, böyük var – dövlətə sahib olur. Lakin zaman keçdikcə enerjisinin tükəndiyini hiss edir. Necə etmək olar ki, bu dərmanlar heç bitməsin?
Həyəcanla izləyəcəyiniz bir filmdir. 2011 -ci ilin Amerika istehsalı olsa da hal-hazırda ən çox izlənən filmlər sırasındadır. Son illərin parlayan ulduzu Bradley Cooper öz rolunu mükəmməl oynayır. Siz də bir həftə sonu bu filmi ailənizlə birlikdə izləyin 🙂

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma