6Bəzən insanın canı şirniyyat istəyir, ancaq uzun-uzun şirniyyat bişirməklə əlləşmək istəmir. Belə vaxtlarda hazırlaya biləcəyiniz bəsit bir resept; Qat-qat xəmir və südlə hazırlanan dadlı krem. Əvvəlcə kremi hazırlayaq. 

Tərkibi:

3 stəkan süd

Yarım su stəkanı un

1 yumurta

1.5 su stəkanı şəkər tozu

200 qram kərə yağı

İlk öncə şəkər tozu və yumurtanı yaxşı çalırıq. Başqa qabda südlə unu qarışdırırıq. Yumurtalı qarışığı bura əlavə edirik və yenə yaxşı qarışdırırıq. Hazırlanan qatışığı ocağa qoyuruq orta odda qatılaşana qədər qarışdırırıq. Hazırdır. Krem ilıqlaşanda 200 qram soyuq kərə yağını doğrayıb kremə qatırıq və mikserlə çalırıq.

11Biraz soyuducuda saxlayırıq. Əgər sevirsinizsə kremə qaynamış qatılaşdırılmış süddə əlavə edə bilərsiz.

Qat-qat xəmiri istədiyiniz formada kəsib sobada bişiririk.

2Soyuyandan sonra şişən qat qat xəmirləri ortadan kəsib içərisinə krem sürtürük. İstəsəz 1 qat istəsəz 2 qat hazırlaya bilərsiz. Mən 2 qat etdim.

4Sonra  bir neçə saat kremin hopması üçün gözləyirik. Bundan sonra şirniyyat yeməyə hazırdır.

5

 

Nuş olsun 🙂

 

Qat-qat xemirden kremli şirniyyat” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma