2014 yaz-yay trendi: Qelem etek

image

Bir neçə gün öncə Zaraya yolum düşmüşdü. Yeni kolleksiyada ən çox bəyəndiyim qələm ətəklər oldu. O qədər bəyəndim ki, düşündüm bu yeni trend haqqında vaxtında yazım. Nə gizlədim Zara -nın qələm ətəkləri heç də Burberry -nin ətəklərindən geri qalmırdı desəm?
Keçək qələm ətəklərə 🙂 . Əslində artıq 3-4 il olar ki, bu ətəklər dəbə gəlib və heç dəbdən düşəcəyinə də oxşamır. Əksər brendlər yeni kolleksiyalarına mütləq bu ətəkləri əlavə edirlər. Burberry  2014 yaz – yay kolleksiyasında ən çox qələm ətəklərə yer vermişdi. Bu yaz zövqlü görünmək istəyən xanımlar bu trendi qarderobuna əlavə etsinlər.
Ümumiyyətlə ətək bütün xanımları zərif göstərən bir geyimdir. Hələ qələm ətəklər xanımlara bəzi qüsurlarını gizlətməkdə kömək edəcək. Qələm ətəklər belimizdən başlayaraq dizaltında bitən və üstümüzə sıx duran ətəklərdir. Əksər hallarda bu ətəklərin arxasında kəsik qoyurlar ki, gəzmək rahat olsun. Ama kəsik sadəcə arxasında deyil, qabağında və ya dizin üstündə də ola bilər. Qələm ətəklər hər ölçüdə ola bilər: qısa, uzun. Əksər hallarda isə bu ətəklər dizaltında bitir. Çox kilolu xanımlar bu ətəkləri geyinərkən üzərinə pencək geyinsələr daha yaxşı görünərlər.

Read more

Advertisements