image

Sizlər üçün faydalı olacağını düşünüb bu haqda yazmağı qərara aldım 🙂
Bloq nədir?
“Bloq” bizim üçün  kifayət qədər yeni terminlərdən biridir. İngiliscə blog olaraq yazılan bu söz xüsusilə 2000 -ci illərdə populyarlaşıb.
Bloq dediyimizdə insanların öz maraqları daxilində yaratdığı internet səhifələri nəzərdə tutulur.  Bu nə sayt deyil, nə də sosial şəbəkə deyil. Daha çox gündəliyə bənzəyir, çünki kim nə istəsə onu yazır, onu paylaşır.
Dünyada bir çox məşhur dəb, mətbəx, səyahət və s. bloqlar vardır. Bu bloqları idarə edənlərə blogger deyilir. Bundan başqa insanların youtube səhifəsində yaratdığı kanallar da kifayət qədər məşhurdur. Onları idarə edənlərə isə vlogger deyilir.

Müasir dövrdə bloqların populyarlığı o qədər artıb ki, bir çoxu artıq uğurlu biznes layihəsinə çevrilib. Hətta sosial şəbəklərin açılması belə bloqlara olan marağı azaltmayıb. Bloggerlərə server dəstəyi verən wordpress, blogspot kimi şəbəkələrin sayı ilk illərdə minlərlə ölçülürdüsə, hal – hazırda il ərzində milyonlarla istifadəçi qeydiyyatdan keçir.
Ölkəmizdə hələlik yenicə bloqlar yaranır və çox az saydadır. Gələcəkdə daha çox olacağına şübhə etmirəm.
Mənim çox sayda izlədiyim bloggerlər və vloggerlər vardır ki, onlar sayəsində çox şey öyrənmişəm.
Bundan sonrakı yazılarda vaxtaşırı olaraq sizlərlə bloggerlərin, vloggerlərin bir çoxunu paylaşmağa çalışacağıq. Ümid edirik xoşunuza gələcək. Bu qədər 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma