Elif Şafak “Araf”

coverAraf Elif Şafakın 2004 –cü ildə ingilis dilində qələmə aldığı 5–ci romanıdır.Əsərlərində adətən osmanlı türkcəsindən istifadə etməyi sevən yazıçının bu kitabıda digərlərindən sadə dil və üslübü ilə fərqlənir. İlk öncə kitabın adı ilə başlamaq istəyirəm, arafın mənası nədir? Araf Islamda cənnət və cəhənnəm arasındakı təpənin adıdır. Yəni günah və səvabları bərabər olanların gözlədiyi yerdir. Romanı oxuyarkən bu adın kitaba nəyə görə verildiyini də anlamaq çətin olmur.

Roman müxtəlif ölkələrdən oxumaq üçün Amerikaya gələn üç gəncin həyatından bəhs edir. Bir- birlərindən din və həyat tərzi olaraq fərqli olan gənclərin kəsişən həyatları, gizli psixoloji problemləri, həyat və iç aləmlərindəki təzadlar yazarın maraqlı yazı üslubu ilə təsvir olunur.

Araf əsəri həqiqətən də  həm məkan, həm də ruhən arafda qalan insanların romanıdır. Ona görədə aralarındakı bu qədər ziddiyyətlərə baxmayaraq bu fərqli insanlar bir arafda görüşür. Əsərin əvvəlindədə yazıçının M.C. Ruminin Məsnəvisindən gətirdiyi sitatda  bunu təsdiqləyir : “Bir hakim dedi ki: Yazıda bir kargayla bir leyleğin beraber uçtuğunu, beraber yemlendiğini gördüm. Şaşırdım kaldım: derken aralarındaki birlik nedir, onu bulayım diye hallerine dikkat ettim. Şaşkın bir halde yaklaştım. Baktım, gördüm ki ikisi de topaldı.”

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma