2014 yaz-yay çanta trendleri

Xanımların sevimli aksesuarlarından olan çantalar 2014 yaz-yay sezonunda yenə müxtəlif forma və dizaynda qarşımıza çıxır. Podiyumlara və markaların kolleksiyalarına baxdıqda ilk nəzərə çarpan çantaların həcminin əvvəlki illərdəki kimi çox böyük olmamasıdır. Daha çox orta ölçülü və mini çantalar bu sezon diqqət mərkəzindədir xanımlar xəbəriniz olsun:) Böyük həcmli çanta sevənlərdə üzülməsin az da olsa bəzi markaların kolleksiyalarında bu tərz çantalar yeni dizaynda qarşımıza çıxacaq.

Read more

“HACHIKO” film

image
Bu filmi izləməyə başladığımda bu haqda post yazmağı düşünmürdüm. Amma filmi izlədikdən sonra düşündüm ki, mütləq yazmalıyam. Bəlkə də çoxunuz izləmisiniz, amma izləməyənlər üçün çox maraqlı olacağını düşünürəm.
Xakie adlı bir it və onun sahibindən bəhs edən filmdə baş verən hadisələr 1923 -1934 -cü illərdə Yaponiyada yaşanmışdır. Xakie öz sahibinə çox bağlı bir itdir. Hər gün onu işə dəmiryol stansiyasına qədər ötürür, hər axşam qatar dönməmişdən əvvəl onu stansiyada gözləyir. Evə birlikdə qayıdırlar. Artıq Xakie bu ailənin sevimli üzvünə çevrilir.

Read more

Cemli kifliki

CSC_0791Ukrayna mətbəxinə aid olan bu şirniyyatın müxtəlif verisyaları var. Mənim hazırldığım kiflikinin xəmiri un, yağ və smetandan ibarətdir. Mətbəxdə uzun zaman keçirməyi sevməyənlər üçün ideal reseptdir. Read more

Ascia AKF

ASCIA AKF – DƏB BLOGGERİ

image

Sevimli xanımlar bugün sizlərlə türbanlı dəb bloggeri haqqında danışmaq istəyirəm. Bir çoxlarımızın içindən baş örtüsü geymək fikri dəfələrlə keçir, elə deyilmi? Amma risk etmirik. Bəlkə də şıqlığımızı itirməkdən qorxuruq.
Bu xanımla virtual tanış olduqdan sonra siz baş örtüsüylə belə həm dəbli, həm tərzli görünə biləcəyinizə inanacaqsınız. Ascia əslən Küveytlidir.

Read more

2014 yaz-yay makiyaj trendi

????????????????????????????????????????2014 yaz-yay dəbinin nümayişi zamanı təkcə geyim trendləri deyil, saçlar, aksesuarlar, makiyaj dəbi haqqında da öncədən fikir sahibi oluruq. Bugün isə yaz-yay sezonunda makiyajda nələrin  və hansı rənglərin ön planda olacağından bəhs edəcəm.

Bu sezon göz kölgələrində 2 rəng və tonları önə çıxır: Read more

“COACHELLA” festivalı

“Coachella” festivalı dünyanın ən məşhur musiqi festivallarından biridir. Bu festival Amerikanın Kaliforniya ştatının tozlu və səhra olan çölündə keçirilir. Buna baxmayaraq dünyanın məşhur ulduzları, dəb dünyasının ulduzları, məşhur dəb bloggerləri bu festivala qatılmaq üçün biletləri dərhal əldə etməyə çalışırlar. 2014 -cü ilin Coachella festivalının biletləri satışa buraxıldıqdan 3 saat sonra satılıb tükəndi. Aprel ayının 11-də başlayan festival 20 -də yekunlaşdı. Festivalda məşhur ulduzlar Beyonce, Calvin Harris, Jay Z, Lana del Ray və digərlərinin performansları baş tutdu.
Bu festivalda əsas musiqi və incəsənətdir. Hər gün maraqlı sərgilər izlənilir və musiqilər dinlənilir. Ən maraqlısını mən deyim, bura qatılan bütün qonaqlar geyimlərini, öz tərzlərini nümayiş etdirirlər 🙂 Artıq dünyada bir Coachella trendi, bir Coachella dəbi var.

Read more

2014 yaz-yay trendi – Mule sabolar

item0.rendition.slideshowVertical.shoe-guide-mules-chelsea-parisGün keçmir ki, dəb aləmində yeniliklər olmasın. Bugün bəhs edəcəyim trend “Mule” adlanan topuqlu sabolardır (başmaqlar). Arxası açıq olan bu saboların ön hissəsi açıq və ya bağlı ola bilir.  Əslində  mule sabolar 1950-ci illərdə, həmçinin 90-cı illərin başlarında çox istifadə olunurdu. Read more

“LİMİT YOK” film

image

Hər zaman film izləməyi sevirəm və filmlərin mövzusuna çox önəm verirəm. Yəqin ki hər kəs belədir. Mənə filmi rəfiqəm məsləhət gördü və mütləq izləməyim tövsiyyə olundu 🙂
Bir həftə sonunda maraqla izlədik. Bütün filmlərdən fərqli mövzusu ilə insana həqiqətən zövq verən bir filmdir.
Eddie adlı bir gənc – həyat yoldaşından ayrılmış, pulsuz və sıxıcı bir həyata sahibdir. Günlərin bir günü köhnə qohumlarından biri ilə qarşılaşır. Ona yaxında satışa çıxarmaq məqsədilə hazırladığı dərmanı içməyi təklif edir. Elə həmin gün Eddienin həyatı dəyişir. Bu dərmanı içən kimi sən demə insan beyninin 100% -i işləməyə başlayır.
Read more