2014 yaz-yay trendi: TRENÇ

image

Trenç deyən kimi ağlımıza yəqin ki, Burberry markası gəlir. Çünki elə trençləri dəbə gətirən də bu brendin dizaynerləri olub. Məlumatlara görə trenç ilk dəfə İngiltərədə yaranmışdır. Belə ki, ingilis əsgərlərini yağışdan qorumaq üçün bərk üst geyimi tələb olunurmuş. Məhz Burberry brendinin təqdim etdiyi bu geyim bəyənilmiş və əsgər geyimi kimi formalaşmışdır. Son illər isə artıq klassikləşmiş bir tərz alan trenç artıq uzun illər dəbdəki yerini qoruyacaq.
Hər zaman yeni kolleksiyalarında müxtəlif formalı trençlər sərgiləyən Burberry bu yaz üçün güprlü trençləriylə yadda qaldı. Həmçinin parlaq parçalar seçməklə daşlı – qaşlı detallardan da istifadə etdi.

Oxumağa davam et

Advertisements

2014 yaz-yay trendi: Palazzo-bol şalvarlar

b43c3e0f3356a1bef128a3475d55754fPalazzo şalvarlar ilk dəfə  1930-cu illərdə, moda tutqunu bəzi xanımlar tərəfindən geyilsədə dəbə gəlməsi 60-70-ci illərə təsadüf edir. Bu şalvarlar 2014 yaz-yay trendləri arasındada artıq öz yerini alıb. Oxumağa davam et

“Hava marşalı” film

“NON-STOP”

image

Son zamanlar daha çox türk filmlərinə gedirdik. Yetər artıq dedim, çünki nə qədər kədərlənmək olar? 🙂 Nədənsə son zamanlar baxdığım əksər türk filmlərindən çıxarkən hər kəsi gözü yaşlı görürdüm, necə ki əvvəlki gənclər hind filmlərindən bu vəziyyətdə çıxardı.. Səmimi deyim ki, mən Amerika istehsalı olan filmlərə baxmağı çox sevirəm. Çünki bu filmlər insanda həyat eşqi, güclü mübarizə hissi oyadır. Bu dəfəki seçimimiz bir həftəlik nümayişlə şəhərimizin kino mərkəzlərində təqdim olunan “Hava Marşalı”  (Non stop) oldu. Baş rollarında çox sevdiyim aktyor Liam Neeson oynayırdı. Bir çoxlarımız bu aktyoru “Girov” (Taken) filmindən tanıyırıq.
Təyyarə dünyadakı ən təhlükəsiz nəqliyyat vasitəsidir. Belə ki il ərzində ən az ölüm sayı bu nəqliyyat vasitəsinin üzərinə düşür. Digər tərəfdən də hər hansı qəza və ya terror aktı baş verərsə 12000 m yüksəklikdə yəqin ki heç kim xilas ola bilmir və kütləvi ölüm baş verir.

Oxumağa davam et

Dubay – yekun hisse

Əslində Dubay haqqında çox uzun-uzun danışmaq olar. Mən isə sadəcə sizlər üçün maraqlı olacaq yazı paylaşmağa çalışıram 🙂 Qeyd edim ki Dubay çox təmiz şəhərdir, burada zibil görmək mümkün deyil. Baxmayaraq ki səhradır bu şəhərdə toz yoxdur, küçələr və binalar parıldayır. Dubaya gedənlərin bir problemi var – yemək 🙂 Amma mən səmimi deyim ki ərəb mətbəxini sevdim. Düzdür çox ədviyyatlıdır, həm də ləzzətlidir. Yox əgər siz gedərkən sevməsəniz qorxmayın burada fast food geniş yayılıb. Türk restoranına isə rast gəlmədim. Davam edək Dubayı virtual gəzməyə 🙂

Atlantıs Aquaventura Water Park
Sözün əsl mənasında əylənəcəyiniz, bol-bol qışıqıracağınız, güləcəyiniz və deyərdim ki Dubayda mütləq gedilməli yerlərdən biri. Hətta deyərdim ki, Burj Xəlifəni, akvariumları boş verin, məhz Atlantis su parkında əylənin. Hələ uşaqlarınız varsa onlar üçün də çox daha maraqlı məkanlardan biridir.

Oxumağa davam et

Dubay

Dubay –  mühəndisliyin möcüzəsidir. Sadəcə 20 il əvvəl böyük hissəsi səhra olan bu şəhər indi dünyanın hər yerindən turistləri özünə cəlb edir. Hər kəs bu şəhərin süni olan əsrarəngizliyindən danışır. Bəli hər şey sünidir, təbii deyil.  Amma bütün gördüklərinin süni olduğuna şübhəylə yanaşacaqsan. Gah özünü Miamidə, gah Los Angelosda, gah Bombeydə, gah da tarixi Ərəb şəhərində hiss edəcəksən. Əylənəcəksən, istirahət edəcəksən, xoşbəxt olacaqsan.
Keçək şəhərin gəzintisinə 🙂
Dubaya gedincə internetdə bu şəhər haqqında araşdırmalar apararkən azərbaycanca məlumatların ümumiyyətlə olmadığını gördüm. Ona görə də bundan sonra getməyi düşünənlər üçün faydalı olacaq  bir neçə cümlə yazmaq qərarına gəldim.

Oxumağa davam et