2014 yaz-yay trendi: Gizli daban sneakers

imageSneakers dedikdə hamımızın bildiyi idman ayaqqabıları nəzərdə tutulur. Biz hərdən bu ayaqqabılara ket, bəzən krasovka, indi isə sneakers (snikers) deyirik. 🙂

3 il öncə İsabel Marant payız -qış kolleksiyasında qalın dabanlı sneakersləri sərgiləyərkən bəlkə də çoxlarımızın xoşuna gəlməmişdi. Amma artıq illərdir küçə dəbində bu sneakersləri sıx-sıx görürük. İsabel Marant həm qalın, həm də gizli daban sneakersləri dəbə gətirərək dəb dünyasında bir ilk -ə imza atmış oldu. Qısa boylu xanımlar bu ayaqqabılardan çox rahatlıqla istifadə edə bilər. Həm boyunuzu hündür göstərəcək, həm də digər idman ayaqqabıları kimi bu sneakerslərlə də özünüzü rahat hiss edəcəksiniz.

Oxumağa davam et

Advertisements