Bayatlamayan Poğaça

7Türk mətbəxinə aid olan poğaça əsasən səhər yeməyində yeyilir. Müxtəlif içliklərlə hazırlanan poğaça həmçinin içliksiz, sadədə ola bilər. Adətən sadə poğaçanı yuvarlaq formada içlikliləri isə uzunsov formada hazırlayırlar. Ümumiyyətlə poğaça reseptləri çox müxtəlifdir. Bu reseptin özəlliyi  gec bayatlayan olmasıdır.

Isti və soyuq yeyilə bilər.

Ərzaqlar:

1 su stəkanı duru yağ

1 su stəkanı isti süd

1 su stəkanı qazlı sadə su

2 yemək qaşığı şəkər tozu

1 yemək qaşığı duz

1 paket instant maya (yaş mayada istifadə etmək olar daha gözəl alınır)

Üzəri üçün yumurta sarısı

Aldığı qədər un

Hazırlanması:

Maya və isti südü yaxşı qarışdırıb, üzərinə şəkər tozu tökürük, köpüklənənə kimi qarışdırmağa davam edirik. (15 dəqiqə şişməsi üçün gözləyin)

1Bundan sonra qazlı su, yağ və duz əlavə edirik. Ələ  yapışmayan və bərk olmayan xəmir hazırlayırıq. Sonra isə xəmirin üzərinə nəmli bir bez qoyub 1-2 saat gözləyirik.

2

Bu arada içliyi hazırlayırıq ( istədiyiniz içlikdən istifadə edə bilərsiz; ağ pendir, holland pendiri, zeytun əzməsi, ət və ya sadə) Mən qiyməli ve zeytunlu-pendirli içlik hazırladım. Qiymə soğanla adı qaydada qovrulur duz istiot vurulur. Hollan pendiri rəndələnir və  zeytun xırda dogranıb bura qarışdırılır.

3Xəmir hazır olduqda qozdan biraz böyük kündələr hazırlayırıq. Əl ilə açıb içinə  içlik qoyuruq və oval forma veririk. Soba qabını yağlayıb, poğaçaların üzərinə yumurta sarısı çəkirik ( küncüt və ya qara çörəkdə istifadə etmək olar) Əvvəlcədən isidilmiş  (180-200) sobada üzəri yaxşı qızarana qədər bişiririk.

5 6

Nuş olsun 🙂

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma