“Hava marşalı” film

“NON-STOP”

image

Son zamanlar daha çox türk filmlərinə gedirdik. Yetər artıq dedim, çünki nə qədər kədərlənmək olar? 🙂 Nədənsə son zamanlar baxdığım əksər türk filmlərindən çıxarkən hər kəsi gözü yaşlı görürdüm, necə ki əvvəlki gənclər hind filmlərindən bu vəziyyətdə çıxardı.. Səmimi deyim ki, mən Amerika istehsalı olan filmlərə baxmağı çox sevirəm. Çünki bu filmlər insanda həyat eşqi, güclü mübarizə hissi oyadır. Bu dəfəki seçimimiz bir həftəlik nümayişlə şəhərimizin kino mərkəzlərində təqdim olunan “Hava Marşalı”  (Non stop) oldu. Baş rollarında çox sevdiyim aktyor Liam Neeson oynayırdı. Bir çoxlarımız bu aktyoru “Girov” (Taken) filmindən tanıyırıq.
Təyyarə dünyadakı ən təhlükəsiz nəqliyyat vasitəsidir. Belə ki il ərzində ən az ölüm sayı bu nəqliyyat vasitəsinin üzərinə düşür. Digər tərəfdən də hər hansı qəza və ya terror aktı baş verərsə 12000 m yüksəklikdə yəqin ki heç kim xilas ola bilmir və kütləvi ölüm baş verir.

Oxumağa davam et

Advertisements