Əslində Dubay haqqında çox uzun-uzun danışmaq olar. Mən isə sadəcə sizlər üçün maraqlı olacaq yazı paylaşmağa çalışıram 🙂 Qeyd edim ki Dubay çox təmiz şəhərdir, burada zibil görmək mümkün deyil. Baxmayaraq ki səhradır bu şəhərdə toz yoxdur, küçələr və binalar parıldayır. Dubaya gedənlərin bir problemi var – yemək 🙂 Amma mən səmimi deyim ki ərəb mətbəxini sevdim. Düzdür çox ədviyyatlıdır, həm də ləzzətlidir. Yox əgər siz gedərkən sevməsəniz qorxmayın burada fast food geniş yayılıb. Türk restoranına isə rast gəlmədim. Davam edək Dubayı virtual gəzməyə 🙂

Atlantıs Aquaventura Water Park
Sözün əsl mənasında əylənəcəyiniz, bol-bol qışıqıracağınız, güləcəyiniz və deyərdim ki Dubayda mütləq gedilməli yerlərdən biri. Hətta deyərdim ki, Burj Xəlifəni, akvariumları boş verin, məhz Atlantis su parkında əylənin. Hələ uşaqlarınız varsa onlar üçün də çox daha maraqlı məkanlardan biridir.

Dubayda 2 böyük su parkı var – Jumeirah Wild Wadi və Atlantis Aquaventura Water Park. Biz gedincə çox araşdırdıq əksəriyyət Atlantısdə yerləşən su parkını məsləhət görürdü və bizim də seçimimiz bu möhtəşəm məkan oldu. Su parkı Jumeyra palmasında yerləşən Atlantıs otelinə aiddir və onun yaxınlığında yerləşir. Giriş üçün əvvəlcədən bilet almanız məsləhətlidir. Əgər oradan alsanız bu zaman biletlər baha olacaq. Biletlər http://www.atlantisthepalm.com/marineandwaterpark/aquaventure.aspx saytında satılır. Adambaşına giriş 55 AZN (250 AED) -dir. Əgər istəsəniz Delfinlərlə üzmək, tanış olmaq şansınız da var. Bunun üçün əlavə bilet almalısınız. Qeyd etdiyim saytdan daha ətraflı məlumat toplaya bilərsiniz. Girişdə əşyalarınızı qoymaq üçün saxlama rəfi kiralayırsınız. Qiyməti 20 AZN və yemək üçün pul ödəyirsiniz. Saxlama rəfi və yemək üçün qolunuza qəbzlər taxılacaqdır. Bu qəbzlər taxıldıqdan sonra Su parkına girə bilərsiniz. Burada müxtəlif atraksionlar, dincəlmə guşələri, həmçinin çimərlik mövcuddur. Hamısından istifadə artıq pulsuzdur. Park çox böyükdür, çalışın az gəzəsiniz, yoxsa tez əldən düşərsiniz. Atraksionlara minməyə ən sadəsindən başlayın, sonra isə ən hündürlərinə, hətta qorxmasınız hamısından istifadə edin. Qısacası 1 gününüzü burada keçirin və zövq alın.

image

Uzaqdan görünən bina Atlantis Hotelin binasıdır.

image

image

image

image

image

image

THE LOST CHAMBERS AQUARIUM
Dubaydakı ikinci böyük akvariumdur. Atlantis su parkına giriş biletiniz olduğu halda siz bu akvariumu pulsuz gəzə bilərsiniz. Dubai Mall Akvariumdan fərqli olaraq burada daha gözəl növ balıqlar və su canlıları var. Hətta saatlarla izləməkdən doya bilməyəcəyiniz su heyvanları görəcəksiniz. Bəzi hissələrdə bardaş qurub istirahıt etmək üçün şərq üsullu oturacaqlar var, belə oturaraq seyr etmək çox maraqlı olur. Mən çox bəyənmişdim.  Çıxışda buradan aksessuarlar ala bilərsiniz.

image

image

image

image

image

MADINAT SOUK JUMEIRAH
Dubayda görməli yerlərdən biridir. Bu ərazidə Dubayın tarixi tikililərinə bənzər binalar və süni göl vardır. Mənzərəsi olduqca gözəldir. Ərəb geyimləri və aksessuarlarından ibarət olan ticarət mərkəzi də bu ərazidə yerləşir. Amma buradan alış – veriş etmək münasib deyil, çünki hər şey çox bahadır. Ən kiçik aksessuar 50 AED yəni 10 AZN qiymətinədir.
Madinat ərazisindən Burj Əl Ərəb otelinin möhtəşəm mənzərəsini izləyə bilərsiniz. Bu otel dünyanın ən böyük 7 ulduzlu otelidir. Otelin yuxarı hissəsində hətta vertolyot dayanacağı belə mövcuddur.
Ərazidən çıxdıqdan sonra küçəylə gəzərək Jumeirah otelini və Burj Əl Ərəb otelini yaxından görə biləcəyiniz qədər gəzinti edə bilərsiniz.

image

image

image

image

image

DUBAY MUZEYİ
Bu muzeyə həvəssiz getmişdim, amma çox bəyəndim Hər kəsə tövsiyyə edirəm. Çox maraqlıdır. Ərəblərin tarixi məşğuliyyətlərini canlandıran bu muzeyə giriş cəmi 0.60 AZN dir. Muzeyə Al – Fahriya metro stansiyasında düşüb taksiylə  gedilir. Hər bölməsi bir-birindən cəlbedici gəlir insana, heyrətlənirsən. Muzeydə həmçinin ekranda Dubayın inkişaf tarixindən bəhs edilən film də göstərilir, insan baxdıqca həyəcanlanır. Son 10 ildə çox sürətlə inkişaf edib. Belə:)
Muzeydə çox şəkil çəkdim, bəzilərini paylaşıram.

image
image

image

image

DUBAİ MARİNA
Bu da Dubayın yeni salınmış lüks səmtlərindən biri. Araşdırmalar edərkən bu səmtə gedilməsi mütləq tövsiyyə edilirdi. Və getdik. Amma heç bəyəndmədim desəm?
Dubai Marina Walk ərazisi 7 km uzunluğunda salınmış gəzinti ərazisidir. Bir tərəfində dəniz və residenslər, digər tərəfində kafe və restoranlar mövcuddur. Hətta buradakı restoranlardan birində azəri mətbəxindən yeməklər təqdim edilirdi. Menyuya baxarkən gördük ki, bu bizim məşhur üç bacı dolmasıdır:) Qısacası burada restoranlarda və kafelərdə oturmaq mümkün deyil. Çünki qonaqların hamısı qəlyan və siqaret çəkirlər, tüstü havasından başqa bir şey yoxdur. Sadəcə göydələnləri və dənizdəki lüks yaxtaları görmək üçün getməyə dəyər. Yaxtalarda isə yerli ərəblər gecələr gəzinti edirlər. Belə başa düşdüm ki, yaxtalar məhz elə yerlilərə məxsusdur. Gecə getməniz tövsiyyə edilir. Dubai Marina metro stansiyasından çıxıb 5 dəqiqəlik piyada yol gedərək Dubai Marina Walk a çata bilərsiniz.

image
image

Dubaya bir çoxları alış-veriş etmək üçün də gedirlər. Burada ən böyük ticarət mərkəzləri Dubai Mall və Mall of Emirates -dir. Ümumiyyətlə bu ticarət mərkəzlərini gəzib qutarmaq mümkün deyil, çox böyükdür. Dubai Mall dünyanın ən böyük ticarət mərkəzidir. Mall of Emiratesin ən yuxarı mərtəbəsində qış parkı var. Burada qarda sürüşmək, xizək sürmək və s. kimi əyləncələr mövcuddur. Biz qışı bol gördüyümüz üçün ora getmədik. Ama yəqin ki yerli əhali üçün maraqlı olar. Dubaya getmək üçün ideal vaxtlar oktyabr – aprel arasıdır. Yayı çox isti keçir. Bu şəhərdə benzin, qida çox ucuzdur. Otellər isə bahadır. Çalışın 4 ulduzlu oteldə qalasınız. Çünki 3 ulduzla 4 ulduz arasında böyük fərq var. Təmiz yerdə istirahət etmək və qayğıkeş personal üçün 4 ulduzlunu tövsiyyə edirəm.
Dubay haqqında bu qədər. Tezliklə yeni gəzinti haqqında yazmaq ümidilə 🙂

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma