Dubay –  mühəndisliyin möcüzəsidir. Sadəcə 20 il əvvəl böyük hissəsi səhra olan bu şəhər indi dünyanın hər yerindən turistləri özünə cəlb edir. Hər kəs bu şəhərin süni olan əsrarəngizliyindən danışır. Bəli hər şey sünidir, təbii deyil.  Amma bütün gördüklərinin süni olduğuna şübhəylə yanaşacaqsan. Gah özünü Miamidə, gah Los Angelosda, gah Bombeydə, gah da tarixi Ərəb şəhərində hiss edəcəksən. Əylənəcəksən, istirahət edəcəksən, xoşbəxt olacaqsan.
Keçək şəhərin gəzintisinə 🙂
Dubaya gedincə internetdə bu şəhər haqqında araşdırmalar apararkən azərbaycanca məlumatların ümumiyyətlə olmadığını gördüm. Ona görə də bundan sonra getməyi düşünənlər üçün faydalı olacaq  bir neçə cümlə yazmaq qərarına gəldim.

Dubaya gedərkən ilk işimiz bilet və viza almaqdır. Biletləri müxtəlif hava yollarından əldə etmək olar. Bakıdan Dubaya birbaşa AZAL və Fly Dubai şirkətləri uçuş həyata keçirir. Hansı sərfəlidir desəniz, əlbəttə birbaşa Dubaya uçan Fly Dubay şirkəti çox sərfəlidir.  Bileti hansı şirkətdən əldə edirsinizsə vizanı da çalışın həmin şirkətdən əldə edin. Beləcə büdcənizə qənaət etmiş olacaqsınız. Fly Dubai şirkətilə bir nəfərin bilet və viza daxil gediş – gəliş qiyməti 300 AZN -dir. Kampaniyaları izləsəniz daha da ucuz qiymətə əldə edə bilərsiniz. Otel tutmaq üçün http://www.booking.com saytından istifadə edin. Çalışın Al- Barsha tərəfdə tutasınız. Bura şəhərin mərkəz hissəsidir və hər yerə çox yaxındır.
Dubayda hava limanına enər – enməz bu şəhərin dəbdəbəsini hiss edirsən. Fly Dubai şirkəti Terminal 2 -də enişi həyata keçirir, bu terminalda viza qeydiyyatınız bitdikdən sonra taksiylə Airport metro stansiyasına gedərək istədiyiniz ünvana metroyla gedə bilərsiniz. Dubayda benzin ucuz olduğundan taksi xidməti çox ucuzdur.

DUBAI METRO
Metronu bilmək istəsəniz bəli o da ucuzdur. Metroda vaqonlar 3 sinifə bölünür : qadınlar, kişilər və gold vaqonlar. Gold vaqonda kişilər və qadınlar birlikdə gedə bilər. Ona görə də tursitlərin əksəriyyəti gold kartdan istifadə edir. Bu vaqonlar çox rahatdır. Metro yerin üstüylə olduğu üçün şəhəri seyr edərək səyahət edirsən, bu da sizi darıxmağa qoymayacaq. Metroda mənə ən çox qəribə gələn vaqonların sürücüsüz olmasıydı. Metro avtomatla idarə olunur.

image

image

image

BURJ KHALIFA
Yəqin ki hər kəs Burj Xalifənin adını eşidib. Bu dünyanın ən hündür binasıdır. 163 mərtəbədən ibarət olan bu göydələnin hündürlüyü 1 km -ə yaxındır. 124 -cü mərtəbəsində şəhəri seyr etmək üçün xüsusi hissə var. Bu hissə Top of Burj Khalifa adlanır. Giriş üçün biletləri ən azı 3 həftə əvvəldən almaq məsləhətlidir. Bu zaman adam başı 25 AZN (125 AED) , yox əgər həmin günü alsanız 80 AZN (400 AED) ödəməli olacaqsınız. Biletləri online olaraq http://www.tickets.atthetop.ae ünvanından əldə etmək olur. Burj Xəlifəyə getmək üçün Dubai Mall metro stansiyasında düşərək birbaşa gedə bilərsiniz. Giriş Dubai Mall ticarət mərkəzinin içərisindəndir.  Ümumiyyətlə Dubayda o qədər göydələn var ki, sadəcə Burj Xəlifənin yanında hamısı kiçik qalır:) Fotolar Burj Xəlifə Topundan çəkilmişdir.

image

image

image

image

DUBAİ MALL AQUARİUM & UNDERWATER ZOO
Dubayda dünyanın 2 böyük akvaryumu yerləşir. Biri Dubai Mall -da, digəri isə Atlantis Su parkında. Deyərdim ki hər ikisi görülməlidir, amma mənim daha çox Atlantısdə yerləşən The Lost Chambers Aquarium xoşuma gəldi.
Keçək Dubay Mall -da yerləşən akvariuma 🙂 Buranı gəzmək üçün biletləri birbaşa akvariumun girişindən ala bilərsiniz. Yəni əvvəlcədən almağa ehtiyac yoxdur. Akvariumu və sualtı zooparkı gəzmək üçün 15 AZN (80 AED) ödəyəcəksiniz. Və akvarium gəzintisi başladı 🙂 Burada minlərlə növ müxtəlif rənglərdə balıq və su heyvanları görəcəksiniz.
image

image

image

image

image

BUS TOUR DUBAI
Dubai Mall – dan həmçinin şəhərin mərkəzini avtobusla gəzmək üçün bilet əldə edə bilərsiniz. Qiyməti 2 AZN (10 AED) -dir. Bu kiçik avtobus turuyla Downtown Dubai ərazisini gəzmiş olacaqsınız. Yarım saat davam edən tur ərzində çəkdiyim bəzi fotolar:

image

image

image

image

image

image

LAKE RİDE (QAYIQ TURU)
Downtown Dubai ərazisində salınmış süni göldə kiçik bir qayıq turu maraqlı olur. Çalışın bu turu gecə edəsiniz. Çünki mənzərə möhtəşəm olur. Biletləri http://www.tickets.atthetop.ae online əldə etmək olar. Qiyməti 13 AZN (65 AED) -dir. Qayıqlarda 6 nəfər oturur və gəzinti 20 dəqiqə davam edir.
image

image

FOUNTAIN DUBAI
Dubayda gördüyüm ən möhtəşəm mənzərələrdən biri fontanlar idi. Bu fontanlar hava qaraldıqdan sonra hər yarım saaatdan bir  DOWNTOWN DUBAI ərazisində salınan süni göldə təkrarlanır. Fontanların musiqiylə rəqsini izləməkdən doymaq olmur. İnsan əməyi nələrə qadirdir.. Fontanların rəqsindəki musiqini o qədər gözəl seçiblər ki, bu musiqini dinləyərkən insanın keçirdiyi hissləri sözlə ifadə etmək olmur. Hələ suların rəqsini demirəm. Təəssüf ki, bütün bunları sözlərlə ifadə etmək olmur.
Fontanların sadəcə uzaqdan bu şəklini çəkə bildim. Yaxından izlədiyimdə foto çəkməyi unutmuşdum. Əgər istəsəniz youtube da videolarına baxa bilərsiniz 🙂

image

Hələlik bu qədər, ardı isə sabah olacaq 🙂 . Dubay ailənizlə birlikdə həm istirahət edə biləcəyiniz, həm gəzəcəyiniz, həm də bol əylənəcəyiniz şəhərlərdən biridir.

Dubay” üzərinə 3 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma