DSC_0819

Resepti ilk hazırlayarkən biraz tərəddüd etmişdim. Görəsən bu tərz bir şirniyyatı quru maya ilə hazırlamaq necə olar deyə. Ancaq nəticəni bəyəndim. Xəmirin tərkibində maya olduğu hiss olunmur. Çox yumuşaq və ləzzətli alınır. Hətta şirniyyatı uzun müddət açıqda saxladıqda belə yumşaqlığı itmir. Tərkibidə sadədir.

Tərkibi:

200 qram yağ

1 çay qaşığı quru maya

0.5 stəkan süd

3 xorək qaşığı şəkər tozu

4 stəkan un (təxmini)

Vanil

İçlik üçün:

Xırdalanmış qoz, cem

898989

Hazırlanması:

1 stəkan un və mayanı qabda qarışdırırıq. Soyuq yağı doğrayıb bura əlavə edirik, əlimizlə ovuruq.

DSC_0773

Üzərinə vanili və şəkər tozunu əlavə edib qarışdırırq və üzərinə soyuq südü tökürük.

454545

Qalan unuda əlavə edib ələ yapışmayan xəmir hazırlayırıq. Bir neçə saat soyuducuda saxlayırıq.(Soyuducuya qoymadan əvvəl xəmirin üzərini yaxşı unlayın ki, mayalı xəmir şişməsin) İstəsəz xəmiri gecədən hazırlayıb soyuducuya qoya bilərsiz.

4545

Xəmiri yumuru formada yayırıq (çoxda nazik olmasın) Şəkildə gördüyünüz kimi kəsib içliyi yerləşdirib bükürük.

89899

Soba qabını yağlayıb hazırladığımız ruletləri qaba düzürük. Üzərinə yumurta sarısı çəkirik 200 dərəcədə isidilmiş sobdada təxmini 30 dəqiqə bişiririk.

33333

Nuş olsun 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma