Galereya

Paris deb heftesi-II

ad_128915805Paris dəb həftəsi – II postu Valentino, Chanel, Elie Saab, Miu-Miu kimi məşhur markararını kolleksiyalarına həsr olunub. Gəlin başlayaq 🙂

Valentinonun kolleksiyasında ilk gözə çarpan mini, kokteyl donları oldu. Bundan başqa 2014 trendləri arasında olan krujeva, 3D çiçək və kəpənək motivləri, saçaq detayları və dəridən hazırlanan geyimlər diqqət çəkirdi. Rənglərə gəldikdə  isə daha çox qırmızı, göy, yaşıl və çəhrayının tünd tonlarına üstünlük verilmişdi.

00080h_1280x1920-500250h_1280x1920-5

00420h_1280x1920

Elie Saab – Paris payız – qış 2014-15 moda həftəsində ən bəyəndiyim kolleksiya Elie Saaba aid idi. Kolleksiyada bütün geyimlər çox şıq və gözalıcı idi. Diqqət çəkən detaylardan biri geyimlərdə qara və müxtəlif rənglərdən ibarət rəng keçişləri (ombre) oldu. Bundan başqa kolleksiyada xəz detayı,beli vurğulayan kəmərlər, məxmər, krujeva və zərli geyimlər ön planda idi.

00050h_1280x1920-4

00150h_320x480

00090h_320x480

Miu-Miu– Kolleksiyasında  sanki hərşey yağışdan qorunmaq üçün hazırlanmışdı. Kolleksiya sarı, qırmızı, göy, yaşıl rənglərlə, parlaq və metalik geyimlərlə diqqət çəkirdi.  Miu-miu payız-qış kolleksiyasında  yağışdan qorunmaq üçün plaşlara, mini sırıqlı ətək və parkalara, oversized palto və trençkotlara , toxunma sviter və kardiqanlara yer vermişdi.

_ON_0093.450x675_426x639 _ON_0408.450x675_320x480 00270h_320x480

Chanel– Karl Lagerfeld yəqinki moda dünyasında ilkə imza atdı.  Grand Palası Chanel supermarket halına gətirib kolleksiyasını burada nümayiş etdirdi. Supermarketdə ağlınıza gələ biləcək bütün məhsullar chanel markasına aid idi. Manikenlər geyimləri nümayiş etdirərkən bir yandan da alış-veriş edirdilər. Hətta Rihannada onların arasında idi 🙂  Kolleksiyanın əsasını  idman üslübuna aid geyimlər, qısa pencəklər, uzun və midi paltolar, sneakers ayaqqabılar təşkil  ediridi. Metalik dəri şalvarlar, tvit materialdan hazırlanan geyimlərdə kolleksiyada nəzərə çarpırdı. Rənglərə gəldikdə isə aşıq çəhrayı, bənovşəyi, boz, ağ, qara, sarı, yaşıl ön planda idi. Kolleksiyada diqqətimi çəkən uzunboğaz sneakers ayaqqabılar və neon rəngli qalın çəkilmiş sürmələr  oldu. Küçə dəbində bunları görməyə hazır olun 😉

00330h_1280x1920-2 00800h_1280x1920 00830h_1280x1920

Advertisements

Paris deb heftesi-II” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma