London deb heftesi

image

New York dəb həftəsi qarlı keçdi, Londonda isə simvolik olaraq yağış yağdı:) Növbəti dəb həftəsi Milanda qarşılanacaq.
London dəb həftəsində Mulberry, Burberry, Antonio Berrardi, Tom Ford, Topshop və başqa dünya brendlərinin kolleksiyaları nümayiş olundu. Brendlərin əksəriyyətinin kolleksiyası ötən ilin trendlərinə uyğun olaraq sərgiləndi. Lakin bu dəfə kolleksiyalar daha gözəçarpan və cəlbedici görünürdü. Bu isə o deməkdir ki, qarşıdakı payız- qış mövsümündə gözəçarpan rənglər dəbdə olacaq. 

Oxumağa davam et

Advertisements

“SÜRGÜN” filmi

SÜRGÜN (2013)

image

“Sürgün ” Türkiyə tarixinin 60 -cı illərini əhatə edən filmdir. Böyükadada yaşayan əslən yunan olan bir ailənin həyatından bəhs edən film real hadisələr üzərində çəkilib.
Əslində Yunan qızı olan Eleni və Sedatın uşaqlıqdan yaranan sevgiləri filmdə ön plandadır. Ailələr, həmçinin Kiprdə baş verən siyasi hadisələr gənclərin birlikdə olmalarına sadəcə əngəldir.

Oxumağa davam et

Sivriburun topuqlu ayaqqabı

Sivriburun topuqlu

image

2011 -ci il Paris şəhərində keçirilən dəb həftələrində uzun illər sonra ilk dəfə sivriburunlu stiletto ayaqqabılar nümayiş olundu.  Valentino brendinin rock – stud ayaqqabıları demək olar ki,  hər kəsi heyran qoymuşdu. Artıq bütün dəb sevərlər növbəti yazın gəlişini gözləyirdi. Çünki 2012 yaz dəbinin əsas elementi olacaq bu uçkünc ucluqlu ayaqqabıları hər kəs sevmişdi.
Əvvəkli illərin qalın platforma topuqlu ayaqqabılarından bu incə ayaqqabılara keçmək çətin olsa da dəb ulduzlarını bu ayaqqabılarla görməyə başladıq. Bununla da bir çox markalar öz kolleksiyalarına yeni ayaqqabı trendini əlavə etməyə başladı.

Oxumağa davam et

“Gaydamak”dan qeyri-adi aksesuar trendi

Əlüstü bilərziklər

Muhina_gaydamak1Gün keçmir ki, xanımların aksesuarları arasına yeni birisi əlavə olunmasın. Yeni aksesuar trendlərindən biri  əlüstü bilərziklərdir. Adından da bəlli olduğu kimi bu bilərziklər əlin üzərinə taxılır.

Yaradıcıları əslən rus olan parisli Katya və Sonya Gaydamak bacılarıdır. 2009 -cu ildə qurduqları Gaydamak brendi adı altında işləməyə başlayan bacılar hər cür dəyərli daş-qaşlardan maraqlı aksesuarlar hazırlayır. Onları məşhurlaşdıran isə əlüstü bilərzikləri oldu.  Oxumağa davam et

New York deb heftesi

image

2014/6-13 fevral tarixlərini əhatə edən New York dəb həftəsi başa çatdı. Maraqlı qonaqları, küçə göstərişləri, həmçinin payız-qış kolleksiyasının nümayişləri maraqla izlənildi. Gələn soyuq mövsümün dəb trendləri ilə tanış olduq 🙂
Tommy Hilfiger, Rag&Ban, Herve Leger, Marc Yacobs, Victoria Becham, Hugo Boss, Rodarte,  Betsey Johnson, Oskar De La Renta, Vera Wang, Calvin Klein və digər məşhur markaların növbəti kolleksiyaları olduqca maraqlı və ötən mövsümə nisbətən daha rəngli idi. Qırmızı və zoğalı tonlardan başlayaraq ağlı – qaralı monokrom tonlarla dəyişən dəfilələrdə həm modern, həm eleqant, həmçinin qarışıq tərzlər təqdim edildi.

Oxumağa davam et

“PARKLAND” film (2013)

image

Son dönəmlərdə tarixi filmləri izləməyi sevməyə başlamışam. Düşünürəm tarixi yadımızda saxlamaq üçün ən yaxşı vasitə məhz belə filmləri izləməkdir.
“Parkland” 35 – ci ABŞ prezidenti John Kennedinin qətlinə həsr olunmuş dram filmidir. Təsəvvür etmək çətindir ki ABŞ dövlətinin başçısı 1962 -ci ildə sui qəsd nəticəsində öldürülür. Qətlin səbəbkarları isə hələ də tarixə məlum deyil və hələ də araşdırılır.

Oxumağa davam et