Qazan kababı

image

Bu yemək evimizin sevimli yeməklərindəndir. Hazırlanması rahat, həmçinin dadı da çox ləzzətlidir. Mən özüm hazırladığım şəkildə sizinlə bölüşmək istəyirəm. Əgər qoç əti istifadə edirsinizsə daha dadlı alına bilər. Mən qoç əti yeyə bilmədiyim üçün dana ətindən istifadə edirəm.

Tərkibi:
1kq dana antrikot ət;
Göyərti – kişniş, şüyüd,
Duz və toz bibər.

image

Əti yuyun, sonra isə istədiyiniz ölçüdə doğrayin. Götürdüyü qədər, yəni zövqünüzə uyğun duzlayın. Çox duzlamaq vacib deyil, çünki ət duzlanıldıqdan sonra yuyulmayacaq. Həmin duz tərkibində qalacaqdır. 1 gün ərzində soyuducuda saxlayın. Soyuducuda 1 gün saxlanması ətin yumşalmasına və tez bişməsinə kömək olacaqdır. Sonra isə tavaya bitki yagı əlavə edərək vam odda 1 saat ərzində qizardın. Ocağın çox güclü olmamasına diqqət edin. Vam odda həm düzgün qızaracaq, həm də yaxşı bişəcəkdir. Süfrəyə verərkən üzərinə halqa şəklində doğranmış soğan və göy əlavə edin. Yanında əlavə olaraq kartof da qızarda bilərsiniz.

image

Nuş olsun:)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma