Sobada açıq piroq

İşləyən xanımların yemək bişirmək üçün çox vaxtları olmur. Evə gec və yorğun qayıtığımız zamanlarda hazırlamaq üçün tez başagələn, bəsit yeməklər seçirik.  Sobada açıq piroq hazırlanması rahat, həmdə dadlıdır.

10Tərkibi:

3 ədəd yumurta

5 qaşıq qatıq

5 qaşıq mayonez

1 stəkan un

Qabartma tozu

Bu ərzaqların mıqdarı qabınızın ölçüsünə  görə az və ya çox ola bilər.

Üzəri üçün istədiyiniz ərzaqları seçə bilərsiz.

Mən isə toyuq, soğan, kabaçok, bibər və pomidordan istifadə etdim.

Hazırlanması: Yumurta, qatıq, mayonezi qarışdırırıq, qarışığa unuda əlavə edib yenidən qarışdırırq. Duz, istiot və yarım qaşıq qabartma tozu  tökürük.

1Qarışıq təxmini biskivit xəmiri  qatılığında olmalıdır. Sobaya qoyacağımız qaba qarışığı tökürük.

3Toyuğu xırda doğrayıb  az yağda, tavada soğanla  qızardırıq və hazır olandan sonra ayrı qaba tökürük. Kabaçok və bibəri  az yağda qızardırıq.

5Soba qabındakı qarışığın üzərinə  qızartdığımız  ərzaqları əlavə edirik. İlk öncə toyuq-soğan, sonra isə bibər və kabaçok. Ən üstə isə pamidor əlavə edirik.

6200-220 dərəcədə, sobada  xəmirin rengi qızılı olana qədər bişiririk. Daha sonra üzərinə  azca rəndəlnmiş  Holland pendiri səpib 5 dəqiqə yenidən sobada pendir əriyənə qədər qoyuruq.

9Bişdikdən sonra isti-isti süfrəyə veririk. Nuş olsun 🙂

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma