London deb heftesi

image

New York dəb həftəsi qarlı keçdi, Londonda isə simvolik olaraq yağış yağdı:) Növbəti dəb həftəsi Milanda qarşılanacaq.
London dəb həftəsində Mulberry, Burberry, Antonio Berrardi, Tom Ford, Topshop və başqa dünya brendlərinin kolleksiyaları nümayiş olundu. Brendlərin əksəriyyətinin kolleksiyası ötən ilin trendlərinə uyğun olaraq sərgiləndi. Lakin bu dəfə kolleksiyalar daha gözəçarpan və cəlbedici görünürdü. Bu isə o deməkdir ki, qarşıdakı payız- qış mövsümündə gözəçarpan rənglər dəbdə olacaq. 

Britaniyanın məşhur dizaynerlərindən Osman kolleksiyasında göz şəkillərindən istifadə edərək maraqlı geyimlər sərgilədi.

image

Topshop bu dəfə uniformlardan ibarət kolleksiya nümayiş etdirdi.Bildiyimiz kimi artıq bir neçə sezondur ki uniformlar dəbdə öz yerini qoruyub saxlayır.

image

Mulberry kolleksiyasının çantalarını bu dəfə brendin siması olan məşhur model Cara Delevigne hazırlamışdı.

image

Burberry kolleksiyasında müxtəlif rənglərdən ibarət trençlər nümayiş olundu.

image

Digər rəngli kolleksiya Jasper Garvidaya məxsusdur. Kolleksiya rəngarəng, məktəbli geyimi, həmçinin güllü-çiçəkli parçalardan təşkil olunmuş geyimlərdən ibarət idi.

image

Antonio Berrardi ipli dizə qədər olan sandal stilli çəkmələri ilə maraq yaratdı.

image

Anya Hindmarch çanta kolleksiyası:

image

Əslində 100 -ə qədər brendin iştirak etdiyi bu dəb həftəsindən mən sadəcə sizlərlə bəzilərini bölüşdüm.
Birazda küçə dəbindən danışaq. Londonda məncə geyimlər daha şıq idi. Həm havaların xoş keçməsi dəbin ulduzlarına mane olmurdu. Onlar hətta sandal ayaqqabılar belə geyinirdilər.

image

image

image

image

image

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma