image

2014/6-13 fevral tarixlərini əhatə edən New York dəb həftəsi başa çatdı. Maraqlı qonaqları, küçə göstərişləri, həmçinin payız-qış kolleksiyasının nümayişləri maraqla izlənildi. Gələn soyuq mövsümün dəb trendləri ilə tanış olduq 🙂
Tommy Hilfiger, Rag&Ban, Herve Leger, Marc Yacobs, Victoria Becham, Hugo Boss, Rodarte,  Betsey Johnson, Oskar De La Renta, Vera Wang, Calvin Klein və digər məşhur markaların növbəti kolleksiyaları olduqca maraqlı və ötən mövsümə nisbətən daha rəngli idi. Qırmızı və zoğalı tonlardan başlayaraq ağlı – qaralı monokrom tonlarla dəyişən dəfilələrdə həm modern, həm eleqant, həmçinin qarışıq tərzlər təqdim edildi.

Dəb həvəskarlarını maraqlandıran digər istiqamət isə küçə dəbi idi. Gənc dəb sevərlər, bloggerlər gündəlik küçə geyimləriylə şıqlıq sərgilədilər. Bir-birindən rəngli və zövqlü küçə göstərişləri dəfilələrdən heç də geri qalmırdı.
Bu arada mən də sevdiyim dəb ikonalarını izlədim. Çox sevdiyim küçə dəbindən, həmçinin məşhur dizaynerlərin kolleksiyalarından maraqlı görüntüləri sizinlə paylaşmaq istəyirəm.

Tommy Hilfiger qarlı dəfiləsinə rəngbərən gördüyünüz kimi daha çox damalı köynək geyimlərini nümayış etdirirdi.

image

Vera Wang hər zaman öz həvəskarlarını ağ gəlinliklərlə sevindirirdi, bu dəfə isə qara rəngin tonlarını qarışdıraraq hüzünlü və sakit kolleksiya sərgilədi.

image

Oskar De La Renta şıqlığın və eleqantlığın rəmzi idi.

image

Victoria Beckham öz tərzinə sadiq qalaraq ağlı-qaralı kolleksiyasını sərgilədi.

image

Bu rəngarəngliyə nə deyirsiz? Daha çox partylər üçün kostyumlar sərgiləyən Betsey Johnson dəfiləsində həqiqətən parıldadı.
image

Zövqlər və rənglər müxtəlifdir. Hər kəs öz təbiətinin, ruhunun rəngini seçər. Mən rəngləri sevənlərdənəm. Ona görə də Tommy Hilfigeri çox bəyəndim 🙂 Bəs siz?

Küçə şıqlığı:

Rusiyalı dəb ikonası Mira Duma. Hər zaman moda həftələrində jurnalistlərin və fotoqrafların diqqətində olur.

image

Rumi Neely və Negin Mirsaleh (iranlıdır). Dəb bloggerləri.

image

Camilia Coelho – həvəskar vizajist.

image

image

image

image

Bu da sevimli Chiara Ferragni. Italyalı gənc dəb ulduzu.

image

image

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma