Sweatshirt

Sweatshirt -həm isti, həm rahat, həm də dəbli..
image

Əslində hal-hazırda dəb elə bir hal alıb ki, idmanla dəb paralel gedir. Coxumuzun sevdiyi idman geyimlərinin dəbə gəlməsi qarderobumuzu biraz daha yüngülləşdirdi. 2012 -ci ildə Kenzo brendinin yaz-yay kolleksiyasının nümayişi zamanı üzəri pələng şəkilli sweatshirtləri gördük və bununla da demək olar ki dəbdə yeni trend formalaşdı. Sweatshirtlər rahatlığı ilə çox sevildi. Artıq dəb həftələrində küçə dəbinin ön sıralarında təqdim olunan sweatshirtlərin bir çox çeşidlərinə rast gəlirik. Belə ki üzərində çiçəklər, heyvan şəkilləri və sloqanlarla örtülü olan bu idman geyimi 90 -cı illərin dəbinə bizi aparır.
Sweatshirtləri necə geyinmək olar?
Ətəklə geyinmək sizi daha tərzli göstərəcək. Çünki idman və klassik üslubu qarışdırıb geyinmək çox dəbdir. Amma seçiminizdə diqqətli olun. Daha çox mini boş, həmçinin dizaltında duran qələm ətəklərlə kombinləyin. 

Oxumağa davam et

Advertisements

2014-ün sviter trendi

45Qışın gəlməsi, soyuqların düşməsi ilə yəqin ki hamı qarderobuna qış üçün isti, yun sviterlər əlavə edir. Birdə hər il geydiyiniz bu sviterlərin bu il dəb oldğunu düşünün. Həm soyuqdan qorunacaqsız, həm də dəblə ayaqlaşmış olacaqsız. Əgər markaların qış kolleksiyalarına nəzər salmısınızsa sviterlərə yəqin ki, rast gəlmisiz.
Oxumağa davam et

Kartof salatı

image

Mətbəxdə ən çox sevdiyimiz məşğuliyyətlərdən biri yəqin salat hazırlamaqdır. Hətta adi günlər olsa belə yemək bloglarında gəzişərək maraqlı bir şey görsəm dərhal onu hazırlamağa başlayıram. Sizinlə bölüşəcəyim bu salatın tərkibində mayonez yoxdur və çox ləzzətlidir.

Tərkibi:
5-6 ədəd orta ölçüdə kartof;
1-2 ədəd orta ölçüdə sarı kök;
5-6 yarpaq qırmızı kələm;
5-6 yarpaq kahı;
1 dəstə cəfəri ;
1 ədəd limon;
1 ədəd sivri şirin bibər;
5 yemək qaşığı konservləşdirilmiş qarğıdalı;
Qurudulmuş və ya təzə nanə;
Həmçinin zeytun yağı, nar şərabı və duz.

Oxumağa davam et

GRAMMY MÜKAFATI

image

Ötən bazar Grammy mükafatının 56 -cı təqdimatı keçirildi. Əslində çoxlarımızı kimlərin mükafat alacağı deyil, qırmızı xalı üzərində özlərini necə təqdim edəcəyi maraqlandırır. Mən isə əvvəlcə qısada olsa mükafatları qazanan ulduzların adlarını qeyd etmək istəyirəm:
İlin ən yaxşı R&B ifaçısı “Pusher love girl” Justin Timberlake
İlin ən yaxşı R&B albomu Alicia Keys “Girl on fire”
İlin albomu Daft Punk
İlin ən yaxşı gənc albomu Rihanna “Unapologetic”
İlin ən yaxşı mahnısı “Royals” Lorde

Oxumağa davam et

Endirimler haqqında bir neçe cümle

image

Xöşbəxtlik pulda deyil, alış-verişdədir.
Marlyin Manro

Qış endirimlərinin sonuna yaxınlaşsaqda bu mövzu haqqında yazmaq istədim. Endirim mövsümündə alış – veriş etmək fikrimcə ən ağıllı alış-verişdir. Bəs daha çox nələri almaqda fayda var?
İlk əvvəl geyimdən başlasaq mənə görə ayaqqabı və çanta seçimi daha doğrudur. Əgər fikir vermisinizsə ayaqqabılar və çantalar dəb stilini bir neçə il saxlayır.

Oxumağa davam et

Galereya

“QIZIL KÜRE” mükafat merasimi

12 Yanvar 2014 tarixində Beverly Hillsdə, Beverly Hilton Hotelində maraqla gözlədiyimiz 71-ci Qızıl Kürə mərasimi keçirildi. Əlbəttə həmişəki kimi mükafat alanlarla birgə məşhur ulduzların nə geyinməsidə diqqət mərkəzimizdə idi.

Son vaxtlar mənə görə qırmızı xalı mərasimlərində ulduzların geyimləri şıqlıqdan uzaq görünür. Qırmızı xalıda şıqlıqları ilə bir-birləri ilə yarışırmışlar kimi geyinən ulduzlar,  son zamanlar sanki daha sönük, çabasız seçimlər edir. Sanki artıq geyinib keçinməkdən yorulmuş kimidirlər. Bəzən insan düşünür; “əlində belə fürsətlər, o məşhur brendlərə çatmaq imkanı olsun, amma qırmızı xalıya belə çıxasan” Nə isə xanımlar, sözü çox uzatmadan qızrmızı xalı dedi-qodusuna keçək.:) Oxumağa davam et

“Benim dunyam”

image

Bu filmin afişasını yəqin ki şəhərin bir çox yerlərində görmüsünüz. Filmin baş rolunda Beren Saatın oynaması filmin məşhurlaşması üçün kifayətdir. Uşaqlıqda keçirdiyi xəstəlik səbəbindən görmə və eşitmə qabiliyyətini itirən Ela və onun müəllimindən bəhs edən film əslində çox təsirlidir. Eşitmə və görmə qabiliyyətindən məhrum olmasına baxmayaraq universiteti bitirən Ela insan zəkasının nələrə qadir oldugunu sübut edir.

Oxumağa davam et