Börek (türk yemeyi)

İspanaqlı Pendirli Rulo Börek (Türk mətbəxindən)

Böreyin türk mətbəxində həm formasına, həm də içliyinə görə o qədər çox çeşidi var ki… Əsasını isə yuxa təşkil edir. Yuxanı hazır ala və ya evdə özünüz aça bilərsiz. Bir  daha  börek hazırladığım zaman yuxanı özüm açmağı düşünürəm. İnşallah onuda paylaşaram 🙂 Bu börek resepti isə çox asan başa gəlir və dadlı olur. Türk mətbəxində börek əsasən səhər yeməyi və çay süfrələri üçün hazırlanır.

image
Tərkibi:
Yarım stəkan süd
Yarım stəkan qatiq
1 yumurta sarısı
300 qram ispanaq
1 boyuk baş soğan
1stəkan kəsmik
Yarim stəkan istədiyiniz növ pendir (Holland)
Yuxa
Duru yağ

Read more