SİRR

image

Bu kitabı illər əvvəl televiziyada reklam edilərkən görmüş, sonra isə çox istədiyimdən mənə hədiyyə olunmuş, sevərək oxumuş, uzun müddət hər zaman özümlə birgə çantamda daşımışdım. Hal – hazırda da sevərək saxladığım, hər zaman ehtiyac duyduğum bir kitabdır. Kitabı oxuduqdan sonra hər şeyi daha çox anlayırsan, ən əsası əgər nə istədiyimizi yaxşı biliriksə, onu ürəkdən arzulayırıqsa nəhayətində ona qovuşursan. Mən bir çox şeyi bu kitabı oxuduqdan sonra müvəfəqiyyətlə öz həyatıma yerləşdirməyə başladım.
Kitab dünyada maraqla qarşılandı, yüksək tiracla satıldı, bir çox dillərə tərcümə olundu. Yazarın yazdığı kimi, hər kəsin həyatında hadisələrin yaxşı getmədiyi vaxtlar olur. Bu zaman necə hərəkət etmək lazım olduğunu bilmirik. İstədiklərimiz olmadığı zamanlarda üsyan etmək əvəzinə istəməyə davam etmək lazım. Mümkünsüz olanları belə həyata keçirə bilərik.

Əgər nə istədiyinizdən tam əminsinizsə, onu sevərək istəyin, onun sizin olacağınıza inanın, bundan sonrası zamanla olacaq. Xoşbəxtlik, sağlamlıq, var-dövlət əslində bizim əlimizdədir. Qeyri -real arzular qurmayın, daha çox real şeylər düşünün. Yəni mənim mövqeyimdə olanlar üçün Hollivud ulduzu olmağı deyil, daha çox öz sahəsində müvəfəqiyyət qazanmış biri olacağınıza inanın, bunu istəyin 🙂
Nə olursa olsun dua etməyi heç vaxt unutmayın.

Kitab amerikalı qadın yazar Rhonda Byrne tərəfindən yazılmışdır. Əvvəllər kitabın daha çox türk və ingilis dili versiyasına rast gəlmək olardı, hal – hazırda azərbaycan dilinə tərcümə olunub. Kitab Bakıda Əli və Nino dükanlarında satılır. Qiyməti 10 – 15 Azn civarındadır.
image

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma