PİROQ

Onu deməliyəm ki, bu piroqu hazırlayarkən biskvitinin adi biskivit kimi qabarmasını gözləməyin. Altında qlazur və meyvə olduğu uçun cox qabarmır. Lakin çox kövrək və dadlı biskvit alınır. Piroqu soyumasını gözləmədəndə yeyə bilərsiz belə çox ləzzətli olur. Həmçinin soyuducuda saxlayıb soyuq-soyuqda yemek olar.

Keçək piroqun hazırlanmasına…

4

Tərkibi:
1.5 stəkan şəkər tozu (yarısı qlazur üçün)
2 yumurta
1/3 stəkan süd
150 qram yağ (20qr qlazur üçün)
200qr un (təxmini 1 su stəkanı)
2 çay q. qabartma tozu
1 paket vanil



Hazırlanması: Bütün ərzaqların otaq temperaturunda olmasına diqqət edin. Birbaşa soyuducudan çıxmış olmasın, əvvəlcədən soyuducudan çıxarın. Yumurta, pesok, vanil ağarıb şişənə qədər mikserlə çalınır. (təxmini 10 dəqiqə). Süd və yumuşalmış yağ qarışığa əlavə olunur mikserlə çalınır. Ayrı qabda un və qabartma tozu qarışdırılır. Yavaş – yavaş qarışığa əlavə olunur mixerlə çalınır.

Qlazur: Qalan pesok, yağ ayrıca ocaqda əriyib rəngi azca dəyişib, karamel halına gələndə (qatılaşanda) ocaqdan alırıq. Soba qabına ilk öncə bu qarışıq tökülür, yayılır. Sonra ortadan kəsilmiş sevdiyiniz hər hansı meyvə (çiyələk, gilas, gavalı, ərik, şaftalı və s.) bura düzülür. (Qeyd edim ki, meyvə sezonu olmasa da bu meyvələr dondurulmuş şəkildə qablarda satılır.) Üzərinə isə piroq üçün hazırladığımız qarışıq yayılır. Soba əvvəlcədən isidilir. Piroq 180 dərəcədə 30-40 dəqiqə arasi bişirilir. Bişəndən sonra 15 dəqiqə soyudun. İlk öncə kənarlarını qabdan ayırın. Sonra isə başqa bir qaba tərsinə çevirin.

1

23

NUŞ OLSUN 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma