İSTANBUL – Turist şəhəri
image

Keçən ilin mart ayında bu şəhərə qısa bir gəzintimiz oldu. Mənə görə gəzməklə maraqları bitməyən, gələcəkdə yenidən səyahət üçün seçəcəyim şəhərlərdən biridir. Çox gözəl və maraqlı vaxt keçirdiyimi təkcə mən deyil İstanbulda olan hər kəs rahatlıqla deyə bilər. Qısacası gedənlərə bir daha getmək, getməyənlərə isə bu şəhərə səyahət arzulayıram.

Həm bizlərin sevimlisi olan şoppinq üçün, həm də tarixi, maraqlı görünüşü hər kəsin xoşuna gələcək. Əslində 2 günümüzü şoppinqə ayırdığım üçün təəssüf edirəm və bundan sonrakı istirahət və gəzintilərdə şoppinq etməyəcəyimə qərar vermişəm:)

İstanbulda görməli və gəzməli nə var? Bu şəhər çox gözəl nəqliyyat sistemiylə təmin olunmuşdur, metro, avtobus, tramvay, vapurlar vasitəsilə hara istəsəniz gedə bilərsiniz. Taksidən istifadə etməyə ümumiyyətlə ehtiyac yoxdur. Dayanacaqlarda şəhərin xəritəsi quraşdırılmışdır, bu sizə çox köməklik edəcək. Həmçinin xəritələri köşklərdən də əldə edə bilərsiniz.
İstanbulda nəqliyyatdan istifadə üçün istanbul kart almanız kifayətdir. Metroda işıqlı, kondisioner sistemi ilə quraşdırılmış yeni modern vaqonlar görəcəksiniz. Stansiyalar bir-birinə çox yaxındır, insan darıxmır. Ən çox xoşuma gələn tramvaylar oldu, əsas da onların səsi şəhərə qeyri-adi hava veriridi. Tramvayla hər yerə tez çata bilərsiniz. Vapurlar, yəni gəmi avtobuslar sizi İstanbul bogazında gəzdirəcək, həmçinin İstanbulun digər səmtinə keçəcəksiniz.
Biraz da məkanlardan yazaq. İstanbula gedərkən mütləq Eminönündə balık ekmek yeyin, Ortaköydə kumpir yeyin 🙂 Topkapı sarayını mütləq ziyarət edin, ordakı möhtəşəmliyə heyran olacaqsınız. Bunun üçün bir gününüzü ayırmalısınız, çünki Topkapı çox böyükdür. Giriş təxminən 25 AZN, Harem bölməsinə giriş üçün əlavə pul ödəməlisiniz. Sultanahmet mescidi, Ayasofiyanı gəzin. Həmçinin mənim ən çox xoşuma gələn Bebek səmtinə gedin. Çamlıca təpəsinin möhtəşəm mənzərəsini izləməkdən doymazsınız.

TOPKAPI SARAYI
image
SULTANAHMET MESCİDİ
image

image

image

TAKSİM MEYDANI
image

BEBEK
image
image

image

GALATA KULESİ
image

image

İstanbul” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma