1Rock ve Metal tərzinin əsas parçalarından biri olan biker çəkmələri keçən sezondan öz varlığını göstərməyə başladı. 2013-2014 payız-qış dəbində bütün markalarda hətta “Valentino”un da kolleksiyasında biker çəkmələrə rast gəldik.
Əslində motosiklet sürücülərinin ayaqlarını və biləklərini qorumaq uçun hazılanan bu çəkmələr kim deyə bilərdi ki, moda dünyasında bir trend olacaq.

Keçən bir neçə qış hər yerdə, hətta hollivud ulduzlarının ayağında “ugg”çəkmələr vardı. Rahatlığına görə hətta yazda belə geyinməkdən əl çəkməyənlər çox idi. Əminliklə deyə bilərik ki, Ugg çəkmələrin yerini Biker çəkmələr alacaq hətta artıq almışdır.

Hansı tərzi mənimsəmiş olsanız belə Punk, Grunge, Gotik və ya bu axımlarla əlaqəniz olmasın mütləq qardirobunuzda bir biker çəkmə olsun.

Biker çəkmələrin hündür dabanlısı, stiletto versiyası, platforma olanı, düz dabanlısı, sadəsi, kəmərlisi, bəzəklisi və.s hansı tərzini istəsəz müxtəlif markalarda asanlıqla tapa bilərsiz.

İstifadə sahəsi çox geniş olan bu çəkmələri nə ilə geyinə bilərəm deyə düşünməyənizə gərək yoxdur. T-shirt, köynək, dəri pencək, palto, don, dəri ve jeans şalvar, tayd hər şeylə geyinmək mümkündür. Əsas odur ki, seçdiyiniz kombin dogru olsun 🙂

Sizə fikir verməsi üçün hazırladığım kombinlər:

1 kombin

2 kombin

topshop

Həmçinin məşhur ulduzların, moda bloggerların biker çəkmələri necə kombinləmələri sizə ilham verə bilər:

3

Biker boot by Zara

8

6226236911_5fede5f792_o

10860161314_e92898f586_o

601452_608827662489561_2113556916_n

dsc_0078

Biker çəkmələr müxtəlif qiymətlərdə mövcuddur. Hal-hazırda yalnız markalar tərəfindən təqdim olunur. Zara, Mango,Topshop, Berhska, Bata, Aldo və s. markalarda bu çəkmələr 100 – 150 azn, digər butiklərdə isə daha yüksək qiymətə mövcuddur. Dekabr ayının sonundan etibarən başlamış endirimlərdə siz bu botları 50 % endirimlə ala bilərsiniz. Ən ağıllı alış – veriş zamanı elə budur. Bol şoppinqlər 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma