MIX DENIM

Cins hər zaman dəbdədir.
image

Yaxın son illər modada trend olan mix denim cins paltarı qarışdırıb geyinməkdir. Geyimin hissələri kimi şalvar, köynək, ətək, bluz, pencək və s. ola bilər. Mix denim çox sadə və rahat kombindir. Bu geyimdə əsas diqqət edilməsi gərəkən cins parçanın rənglərini düzgün seçmək və uyğunlaşdırmaqdır. Gün ərzində küçədə, izlədiyimiz film və seriallarda, klublarda çox rastlaşdığımız bu kombin artıq küçə şıklığında ön sıralarda durur.

Oxumağa davam et

Advertisements

Qış tetili

BUZLU TƏTİL 🙂
image

Beləcə sizə qış tətilindən yazım. Əslində insanlar istirahətə daha çox yay aylarında getməyə üstünlük verirlər. Yayda dəniz sahilində uzun müddət istirahət edə bilərsən. Qış tətili isə biraz fərqlidir. Qarda oynamaq, xizək sürmək, qar mənzərələrini seyr etmək və s. Beləcə qışda bir həftəlik istirahətlə kifayətlənə bilərik.

Oxumağa davam et

The secret

SİRR

image

Bu kitabı illər əvvəl televiziyada reklam edilərkən görmüş, sonra isə çox istədiyimdən mənə hədiyyə olunmuş, sevərək oxumuş, uzun müddət hər zaman özümlə birgə çantamda daşımışdım. Hal – hazırda da sevərək saxladığım, hər zaman ehtiyac duyduğum bir kitabdır. Kitabı oxuduqdan sonra hər şeyi daha çox anlayırsan, ən əsası əgər nə istədiyimizi yaxşı biliriksə, onu ürəkdən arzulayırıqsa nəhayətində ona qovuşursan. Mən bir çox şeyi bu kitabı oxuduqdan sonra müvəfəqiyyətlə öz həyatıma yerləşdirməyə başladım.
Kitab dünyada maraqla qarşılandı, yüksək tiracla satıldı, bir çox dillərə tərcümə olundu. Yazarın yazdığı kimi, hər kəsin həyatında hadisələrin yaxşı getmədiyi vaxtlar olur. Bu zaman necə hərəkət etmək lazım olduğunu bilmirik. İstədiklərimiz olmadığı zamanlarda üsyan etmək əvəzinə istəməyə davam etmək lazım. Mümkünsüz olanları belə həyata keçirə bilərik.

Oxumağa davam et

Galereya

Yun papaq trendi

205359_559577954076262_2138467205_nSoyuq havalarda bizi isti tutan, çoxu zaman taxmaq istəmədiyimiz beretlər, papaqlar son illər dəyişən modelləri ve rəngləriylə özünü sevdirir. Mənim kimi yəqinki qışda papaq taxmağı sevməyənlər çoxdur. Ancaq artıq papaqlarda o qədər sevimli və şıq bir tərz alıb ki, mənimdə rəğbətimi qazanıb. Son bir neçə ildir podyumlarda diqqəti çəkəcək dərəcədə çox görünən papaqlar qışda pis duran saçlarımızı gizlətmək, soyuqdan qorumaqdan başqa tərzimizi tamamlayan bir parça halına gəlib.

Oxumağa davam et

Meyveli piroq

PİROQ

Onu deməliyəm ki, bu piroqu hazırlayarkən biskvitinin adi biskivit kimi qabarmasını gözləməyin. Altında qlazur və meyvə olduğu uçun cox qabarmır. Lakin çox kövrək və dadlı biskvit alınır. Piroqu soyumasını gözləmədəndə yeyə bilərsiz belə çox ləzzətli olur. Həmçinin soyuducuda saxlayıb soyuq-soyuqda yemek olar.

Keçək piroqun hazırlanmasına…

4

Tərkibi:
1.5 stəkan şəkər tozu (yarısı qlazur üçün)
2 yumurta
1/3 stəkan süd
150 qram yağ (20qr qlazur üçün)
200qr un (təxmini 1 su stəkanı)
2 çay q. qabartma tozu
1 paket vanil


Oxumağa davam et

İstanbul

İSTANBUL – Turist şəhəri
image

Keçən ilin mart ayında bu şəhərə qısa bir gəzintimiz oldu. Mənə görə gəzməklə maraqları bitməyən, gələcəkdə yenidən səyahət üçün seçəcəyim şəhərlərdən biridir. Çox gözəl və maraqlı vaxt keçirdiyimi təkcə mən deyil İstanbulda olan hər kəs rahatlıqla deyə bilər. Qısacası gedənlərə bir daha getmək, getməyənlərə isə bu şəhərə səyahət arzulayıram.

Oxumağa davam et

Biraz rock n roll havası – motosiklet çekmeleri

1Rock ve Metal tərzinin əsas parçalarından biri olan biker çəkmələri keçən sezondan öz varlığını göstərməyə başladı. 2013-2014 payız-qış dəbində bütün markalarda hətta “Valentino”un da kolleksiyasında biker çəkmələrə rast gəldik.
Əslində motosiklet sürücülərinin ayaqlarını və biləklərini qorumaq uçun hazılanan bu çəkmələr kim deyə bilərdi ki, moda dünyasında bir trend olacaq.

Oxumağa davam et