2015 yaz-yay trendi enli balaq cins

dittos-2014-2015-fall-autumn-winter-fashion-womens-denim-jeans-vest-jog-sweatpants-overalls-bib-brace-jacket-frayed-legging-flare-acid-wash-quilted-04x

Yavaş-yavaş yaza doğru getdiyimiz bugünlərdə elə yaz-yay trendlərindəndə bəhs etməyin zamanı gəlib.:) 2015 yaz-yay dəbinə nəzər saldıqda isə ilk diqqəti çəkən 70-lərin təsiri olur. Demək olar ki, 2015-də 70-lər dəbinə geri dönürük. Bugündə bəhs etmək istədiyim trend məhz 70-ci illər dəbinin olmazsa olmazı enli balaq cinslərdir. Bu cinsləri artıq hər yerdə görməyə hazır olun. İllərdir alışdığımız skinny cinslər ola bilsin kı, yerini bu enli balaq cinslərə verdi. Bunun nə dərəcədə olacağını isə zaman göstərəcək. Ancaq onuda deyim kı, artıq modanın içində olanları yavaş-yavaş enli balaq cinslərlə görmək mümkündür. Bu tərz şalvarı dəb olmasa belə daim öz qarderobunda və geyimində yer verənlərdə az deyil. Hippi və bohem tərzini mənimsəyənlərin isə vazkeçilməz geyim parçalarındandır.

Enli balaq cinslərin formalarına və hansı geyimlərlə yaraşacağınada nəzər salaq.
Yüksəkbel enli balaq cins çox görüləcək tərzlərdən olacaq. Bu tərz şalvarları isə üst geyimi çox bol olmamaq şərtilə şalvarın içinə salaraq geyinmək daha gözəl görünəcək.IMG_2547 IMG_2552
 Enli balaq cinsləri seçərkən diqqət edilməsi gərəkən ən önəmli şey şalvarın çox qısa olmaması ya geyilən ayaqqabını tamamilə, ya da yarıya qədər örtməsidir.
Bundan başqa tərzinə uyğun olaraq bu cinslər köynək, t-şırt, crop-toplarla, uzun pencək və kardiqanlarla gözəl görünür.
IMG_2558 IMG_2559 IMG_2560 pfw-spring-2015-street-style-12 IMG_2561 88c52c1d77efdb840dcb2cc48ff17d01 flared-jeans trend-2015-trend-flared-jeans_35651_66470
Ayaqqabı seçimində isə hündür və qalın dabanlar daha münasib olar.

2015 -ci ilin rengi – MARSALA

IMG_2582-02015-ci ilin rəngi artıq hər il olduğu kimi Pantone tərəfindən seçildi. Bu ilin rəngi Marsaladir. Tünd bordo və qəhvəyi tonlarınndakı şərab rəngi… Elə rəngin adıda məşhır Marsala şərabından alınıb. Bu o deməkdir ki, bu rəngi biz moda dünyasından tutmuş müxtəlif dizayn sahələrində, ev tekstil və əşyalarında tez-tez görəcəyik. Mən elə əvvəldəndə bu rəngi çox bəyənirəm. Oxumağa davam et

Payız – qış trendi : qısa ətək

kisin-mini-etek-nasil-giyilir 7

Yaz aylarında rahatlıqla geyindiyimiz qısa ətəklər əslində bir çoxumuz üçün soyuq mövsümün də vazkeçilməzidir. Belə ki, qış aylarında feminən görünüşə sahib olmaq istəyənlərin seçimi ətəklər olur. Bugün sizlərlə danışacağımız mövzu son illər dəbdə trend olan qısa ətəklərdir. Qısa ətəkləri necə geyinmək lazım? Soyuq mövsümə uyğun qısa ətək seçərkən nələrə diqqət etməliyik?

Oxumağa davam et

2014-2015 qish trendi: Oversized palto

winter_2014_2015_oversized_coats

Biz xanımlar qış gəldimi qarderobumuza paltoları əlavə etməyi sevirik. Ötən illərdə daha çox sadə, düzbiçimli klassik paltolar dəb idisə artıq əynimizə daha geniş duran Oversized Coat deyilən paltolar dəbə gəldi. İlk baxışda xoşumuza gəlməyən bu paltolar əslində xanımlara qeyri-adi tərz verir. 2015 qış kolleksiyalarına nəzər salsaq Burberry, Prada, Gucci və digər məşhur brendlərin geyimləri arasında belə paltoları görmək mümkündür.

Oxumağa davam et

Son illerin trend çantaları

chanel_handbag_aw14_style_handbags_up_close_fashion_collection_autumn_winter_2014_shopping_bag_handbagcom-2
Xanımların əsas aksessuarı olan çantalar son illərdə daha şıq hal alıb. Həm kiçik, həm də böyük ölçülərdə olmasına baxmayaraq bir çox brendlərin çantaları dəb həvəskarlarının əlindən düşmür. Çantaları seçərkən əsasən boyumuzun ölçüsünə diqqət etmək kifayətdir. Hündür boylu xanımlar istənilən ölçüdə çanta götürə bilərlər. Qısa boylu xanımlar isə böyük və bol görünən çanta tutmaqdan çəkinməlidirlər. Belə ki bu çantalar onların boyunu daha da qısalda bilər.

Bugün sizlərə son illərin trend olan əsas çantalarından danışmaq istəyirəm. Hamımızın hər dəfə dəb jurnallarında, ziyafətlərdə, bloqlarda gördüyümüz bu çantalar dünyanın ən məşhur brendlərinə məxsusdur.

Oxumağa davam et

İlin modeli – Cara Delevingne

cara-delevingne-giles-fall-winter-2014-2015-show-february-2014_5

Əslən Britaniyalı olan Cara Delevingne 1992 -ci ildə Londonda aktyor ailəsində anadan olub. Ailənin kiçik qızı Caranın özündən yaşca böyük 2 bacısı var. 2009 -cu ildə modellik karyerasına başlayan Cara 2010 -cu ildə Burberry brendinin əsas simasına çevrildi. Burberry -nin podiumlarında uğur qazanan gənc model sonralar Mulberry, Topshop, H&M,  Fendi və Chanel kimi məşhur brendlərlə müqavilələrə imza atdı. Məşhur jurnalların üz qabığında yer almağa başladı.

Oxumağa davam et